Dinimiz şərabı niyə qadağan etmişdir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əgər bütün İlahi dinlərə nəzər salsaq, görərik ki, Allah şərabı bütün dinlərdə haram elan etmişdir. Elə bir din yoxdur ki, şərabı caiz hesab etsin. İmam Rzadan (ə) gələn hədisdə oxuyuruq: "Allah elə bir peyğəmbər məbus etməmişdir, məgər şərabı onun şəriətində haram buyurmasın".
Ona görə də şərabın haram olmasının ancaq İslam dininə aid olması - yanlış fikirdir.
Dinimiz insanların yalnız xeyrini və səadətini düşünən bir dindir. Bu səbəbdən şərabı haram buyurmuşdur.
Şərabın ziyanları hansılardır?
1. Şərabın fərdi və ictimai ziyanları böyükdür. "Səndən şərab və qumar barəsində soruşurlar, de: "O ikisində (onlara mürtəkib olmaqda) böyük günah və insanlar üçün (maddi) mənfəətlər vardır və onların günahı mənfəətlərindən böyükdür". Həmçinin səndən nə xərcləmələrini soruşurlar. De: "(Sizə) müyəssər olanı". Allah öz ayələrini sizə bu cür açıqlayır ki, bəlkə düşünəsiniz".
Şərab - elə bir məstedicidir ki, insanın həm cisminə və həm də ruhuna təsir edir. Bu təsirləri o qədər dəhşətlidir ki, zərrə qədəri də insanı adekvat durumdan çıxarır və onun üçün qadağa sərhədlərini tədricən yumşaldır - tam aradan aparmağa qədər. Şərab insanı cinayətə qədər belə, sürükləyə bilir.
2. İnsan sağlamlığına və ömür müddətinə mənfi təsir edir. Alimlərin apardıqları tədqiqatlar göstərmişdir ki, şərabın insanın sağlamlığına və ümumilikdə ömrünə çox böyük mənfi təsiri vardır. Alkohollu içkilər demək olar ki, bütün həyati əhəmiyyətə malik olan orqanlara - beyindən tutmuş, ürəyə, qaraciyərə, mədəyə, qana qədər - sarsıdıcı zərbə vuraraq, insanın ağır xəstəliklərə mübtəla olmasına və nəticədə, xeyli əvvəl ölməsinə səbəb olur.
3. Şərab, insanın nəslinə aşkar mənfi təsir qoyur. Tədqiqatlar göstərmişdir ki, şərab içən insandan dünyaya gələn körpələr, dünyaya daha zəif gələrlər. Cismi naqisliklər və ruhi gerilik kimi mənfi təsirlər - onların nütfəsində geniş yayılan hallardandır. Ən pisi budur ki, alkohol düşkünü olan insanın zədələnmiş genləri, mənfi təsirini saxlayaraq, bir neçə gələcək nəsilə də ötürülə bilir.
4. Şərab, insanın əxlaqına çox pis təsir qoyar. Şərab aludəçisi olan insanda məhəbbət və sevgi hissləri zəifləyər və əksinə - kobudluq və qəddarlıq kimi hisslər güclənər. Ona görə də bu kimi insanlar öz ailə üzvlərini döyməkdən, bəzən hətta ağır xəsarət yetirməkdən çəkinməzlər.
5. Şərab, intiharların sayını artırar. Şərab xəstəsi olan insan özündə olmadığı və içkidən məst olduğu üçün, həm başqalarına və həm də özünə cismi xəsarətlər yetirməyə qadir olar. Bu kimi insanlar arasında intihar hallarının artması da müşahidə olunur.
Bu ziyanları saymaqla bitməz. Ona görə deyə bilərik ki, dinimiz kamil bir din olaraq, insanın kamala çatmasına mane olan və deqradasiyasına səbəb olan hər bir əməli qadağan etmişdir. Şərab içmək də o əməllərdən böyüyüdür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)





