Namaz nə vaxt günahların bağışlanmasına səbəb olar?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İmam Əli (ə) buyurur: "Gündəlik namazlar namazların arasında işlənən günahların kəffarəsidir, bir şərtlə ki, kəbirə günahdan çəkinilsin. Çünki Allah buyurub: "(Namazın) həsənələri pislikləri və günahları aradan aparar"". (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: "Namazın məsəli bir gündə beş dəfə qüsl almağın məsəli kimidir ki, bədəndə çirk qalmaz. Namazı davamlı qılmaqla günahlar qalmaz".
Əziz Peyğəmbərimiz (s) bir kişini görür ki, deyir: "Allahım, məni bağışla! Düzdür ki, məni bağışlamağın uzaq görünən bir şeydir". Həzrət Peyğəmbər (s) buyurur: "Niyə Allaha bədgümanlıq edirsən?". Kişi deyir: "Mən İslam dininə gələn zaman və cahiliyyət zamanı günahlar etmişəm". Həzrət (s) buyurur: "Cahiliyyət dövrünün günahları imanla və İslamdan sonrakı günahlar isə namazla məhv olar. Çünki namaz - günahların kəffarəsidir".
Əlbəttə ki, o kəslər ki, namaz qılar, onlar daha az günah edərlər. Namaz çox sayda günahların qarşısını alar. Əgər namaz, həqiqi namaz olarsa, qəlb hüzuru və bütün şəraitləri ilə yerinə yetirilərsə, böyük bir sədd olar.
"Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir". ("Ənkəbut" 45).
Ona görə də deyə bilərik ki, namaz həm əvvəlki günahları yuyar və həm də gələcək günahların qarşısını alar. Bu xüsusiyyət həqiqi namazqılana aiddir. Əgər insan riya və ya özünü nümayiş etdirmək məqsədilə namaz qılarsa, namazın bərəkətindən məhrum olar. Namaz - günahların yuyulması amilidir. Yəni, namaz qılanın qəlbi pak və İlahi əmrlərə təslim olar.
İmam Sadiq (ə) buyurur: "Namazın məsəli bir bulağın məsəli kimidir ki, gündə beş dəfə orada yuyunarsan. Bədəndə heç bir çirk qalmaz. Namaz - günahların kəffarəsidir. Məgər o günahlar ki, imandan xaric olmasına səbəb olar".
O kəs ki, hər an Allahın əmri ilə müxaliflik edər, bəndəliyə riayət etməz, onun namazı təsirsiz olar. Hədislərin birində oxuyuruq: "O kəs ki, şərab içər, 40 gün əməli qəbul olmaz". Ona görə də hər namaz günahın kəffarəsi olmaz.
O kəs ki, tez-tez günah edər və günah etməkdən çəkinməz, hər günahın arasında namaz qılar, bu, o tövbə edən şəxsin məsəlinə bənzəyər ki, günahına görə tövbə edər və fasiləsiz olaraq növbəti günahını edər. Bu insan özünü məsxərə etmiş olar. Namaz keçmiş günahları yuyar ki, namazqılan bir daha ona qayıtmasın. Çünki bəndəsi Allaha itaət etməyi və günahı tərk etməyi qərara almışdır.
Allah Təala namazımızı həqiqi namazlardan qərar versin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
XƏBƏR LENTİ
-
Niyaməddin Musayevdən maraqlı etiraf
-
Gəncə terrorunda valideynlərini itirən Sevil oğluna ad günü etdi - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Şuşa, Xankəndi və Ağdama səfərindən görüntülər paylaşılıb - (Video)
-
“Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm“ - Bəsti Sevdiyeva
-
“OBA”dan şəhid qızı Nülufərin dilindən təsirli Zəfər hekayəsi - (Foto)
-
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
"Xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
-
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat etdi
-
Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb
-
Yaponiyada güclü zəlzələ oldu
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - (Foto)
-
Bakıda güclü külək əsəcək - Xəbərdarlıq verildi
-
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - Dosye
-
Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub - (Foto)
-
Almaniya Ukraynaya “Patriot” sistemləri tədarük edə bilməyəcək
-
"Qalatasaray"ın hücumçusu əməliyyat olunub
-
Şəkidə 58 yaşlı kişini maşın vuraraq öldürüb
-
35 yaşlı kişinin meyiti kənd qəbiristanlığında tapıldı
-
Məşhur sovet aktrisası vəfat etdi
-
Jurnalist Elnur Şükürov həbs edildi
-
Bolero X-in coşqun ritmi və plastikası Bakını heyran etdi
-
Qobustanda mikroavtobus aşdı
-
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - (Foto/Video)





