Maraqlı

Facebook: iOS 14-ün məhdudiyyətləri "target" reklamların effektivliyini azaldacaq

1 Sentyabr 2020 08:01
Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Facebook'un yeni biznes bloqunda qeyd olunur ki, iOS 14'ün buraxılması ilə, tərtibatçılar istifadəçi məlumatlarını toplamaq və bu məlumatlara əsaslanan hədəf reklamı fərdiləşdirmək üçün istifadə edilən cihaz identifikatoruna (IDFA) daxil ola bilməyəcəklər. Tətbiqlər istifadəçidən hər dəfə IDFA almaq üçün icazə istəməli olacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki, Facebook yeni qaydanın "target" reklamların effektivliyinin azaldacağını bildirir. Qeyd edə ki, bu vasitə reklam istifadə etmək üçün Facebook istifadəçisinin digər saytlarda hərəkətlərini izləməyə imkan verirdi.

Facebook, iOS və iPadOS 14-də daha effektiv olması üçün yeni reklam hesabı yaratmağı məsləhət görür. Yeni iOS 14-ün bu ilin payızında çıxacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.