Maraqlı

Nike basketbolçu Kobi Brayantı yeni reklam çarxında yad etdi

29 Avqust 2020 22:55
Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nike məşhur basketbolçu, bu ilin yanvarında vəfat edən Kobi Brayantı özünün yeni reklam çarxında yad edib. Video üzərində isə Wieden + Kennedy agentliyi çalışıb.

Milli.Az facemark.az-a istinadən bildirir ki, daha öncə Nike Brayantı Mamba Week həftəsi çərçivəsində yad etməyə qərar vermişdi.

Yaşasaydı bir neçə gün əvvəl (avqustun 23-də) Kobi 42 yaşına keçid edəcəkdi.

Bütün həftə ərzində Nike basketbolçunun şərəfinə xüsusi məhsullar və proqramlar təklif edəcək.

Video kampaniyanı açır. Videonun mətnini isə reper Kendrik Lamar oxuyur, o xatırlayır ki, Brayant həmişə özünü və başqalarını yaxşı tərəfə yönləndirməyə çalışırdı.

Adweek nəşrinin yazdığına görə, Nike Fond-u həmçinin aztəminatlı uşaqlara kömək edən, qızlara idmanda bərabər imkanlar verən Mamba & Mambacita Fonduna 1 milyon dollar ayırıb.

Xatırladaq ki, Kobi Brayant 2020-ci ilin yanvarında qızı və təyyarədə olan 7 nəfər ilə birlikdə qəzada vəfat edib.

Basketbolçu və onu müşayiət edən insanlar Mamba Sports Academy-sında basketbol oyununa başlamışdır. Duman, yağış və zəif görüntü təyyarənin qəzaya uğramasına səbəb olmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.