Maraqlı

Soyuqdəymə zamanı bal antibiotikdən faydalıdır

25 Avqust 2020 21:40
Baxış: 1 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Buruntutulması, öskürək və boğazağrısı zamanı bal ən yaxşı vasitəyə çevrilə bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu qənaətə Oksford Universitetinin alimləri gəliblər.

Bəzi hallarda həkimlər balı dərmanın alternativi olaraq tövsiyə edirlər. Çünki bu vasitə həmişə əlçatandır və yan təsirləri yoxdur. Uşaqlara tez-tez soyuqdəymənin ilk əlamətindəcə bal verirlər, ancaq onun böyüklərdə yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı səmərəliliyi araşdırılmayıb.

Bildirilib ki, alimlər tibbi məlumat bazasını incələyiblər və toplam 1 761 iştirakçısı olan 14 kliniki eksperiment tapıblar.

Məlum olub ki, balın istehlakı xəstəliyin bir sıra əlamətlərini yumşaldıb, xüsusilə öskürəyin mütəmadiliyi və sərtliyini. Bir neçə araşdırmadan bəlli olub ki, xəstəliklərin simptomları 1-2 gün daha öncədən bitib. Ancaq tədqiqatçılar qeyd ediblər ki, yalnız iki eksperimentdə mümkün plasebo effekti nəzərə alınıb.

Müəlliflər bildiriblər ki, yuxarı tənəffüs yollarının xəstəlikləri çox vaxt virusdan qaynaqlanırlar, bu üzdən antibiotikdən istifadə səmərəli və lazım olmaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.