Maraqlı

“Google” servislərində nasazlıqlar yaranıb

22 Avqust 2020 09:14
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son saatlar ərzində əksər istifadəçilər "Gmail" elektron poçtu vasitəsilə məktubların göndərilməsində problemlərlə üzləşib. Bakı vaxtı ilə saat 08:00-dan etibarən istifadəçilər bir sıra "G Suite" servislərinə, xüsusilə "Gmail" elektron poçtuna qoşulmaqla bağlı problemlərdən şikayətlənməyə başlayıblar.
 
Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Google" əlavələr səhifəsinin statusu bir qədər əvvəl yenilənib: şirkət "Gmail" və "Google Drive" servislərində problemlərlə bağlı hesabatların alınmasını təsdiq edib. Bundan başqa,  "Twitter" və ya "DownDetector" servislərinə nəzər yetirdikdə son saatlar ərzində səhvlər haqqında minlərlə məlumatı görmək mümkündür.
 
İstifadəçilərin sözlərinə görə, elektron məktubları göndərmək mümkün olsa da, faylın qoşulması zamanı yükləmə prosesi uzun çəkir və bəzi hallarda başa çatmayaraq səhv haqqında bildirişin göstərilməsi ilə nəticələnir: xidmət tərəfindən internet bağlantısını yoxlamaq təklif olunur. Qeyd edək ki, oxşar problemlər "Slack" korporativ messencerində də müşahidə edilir.
 
"Google" şirkətinin Bakı vaxtı ilə saat 10:07-də verdiyi məlumatda problemin öyrənilməsi bildirilib. Şirkət onu da təsdiq edib ki, problemlər "Google Meet", "Google Voice" və "Google Docs" kimi digər proqramlarda da müşahidə olunur. Bundan əlavə, "YouTube" servisində videoların yüklənilməsində problemlərin mövcudluğu barədə məlumatlar dərc olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.