Maraqlı

“Sputnik V” koronavirus peyvəndinin ilk partiyası istehsal olundu

18 Avqust 2020 20:55
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Müdafiə Nazirliyi bu həftənin əvvəlində qeydiyyata alınan "Sputnik V" adlı koronavirus peyvəndinin ilk partiyasının istehsal olunduğunu açıqlayıb.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, nazirlik tərəfindən verilən açıqlamada belə qeyd olunub: "N.F. Qamaleya Milli Elmi Epidemiologiya və Mikrobiologiya Mərkəzi tərəfindən hazırlanan peyvəndin ilk partiyası yeni növ koronavirus infeksiyasına qarşı istehsal edildi".

Xatırladaq ki, Rusiyanın Səhiyyə Nazirliyi də verdiyi bəyanatla peyvənd istehsalının bu səhər başladığını ictimaiyyətə açıqlamışdı.

Rusiyanın prezidenti Vladimir Putin avqustun 11-də koronavirusa qarşı hazırlanmış ilk peyvəndin qeydə alındığını açıqlamış, bununla da Rusiya koronavirus peyvəndi istehsal edən ilk ölkə oldu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.