Maraqlı

İnstaqram saxta hesabları bir-bir siləcək

15 Avqust 2020 23:40
Baxış: 2 128
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur sosial şəbəkələrdən olan İnstaqram saxta hesablarla daha ciddi mübarizə aparacaq.

Milli.Az ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri saxta hesabların aşkarlandığı halda mütləq silinəcəyini açıqlayıb.

Bildirilib ki, saxta hesablarla mübarizə aparmaq göründüyü qədər asan deyil. Buna görə də, saxta hesablardan qurtulmaq üçün kimlik təsdiqinə ehtiyac olacaq.

Yeniliyə əsasən, saxta olduğu barədə şübhəli məqamlar aşkarlandıqda kimlik təsdiqi ilə bağlı sorğu göndəriləcək. Sorğunu dolduranların hesabı açıq qalacaq. Sorğunu doldurmaq üçün tələsməyənlərin hesabı isə daha az şəxsə çatdırılacaq. Bunun üçün istifadəçiyə bəlli bir müddət veriləcək, müddət başa çatdıqda isə hesab silinəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.