Maraqlı

Daha bir tətbiq Android istifadəçilərinin ixtiyarına verildi

15 Avqust 2020 20:10
Baxış: 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pixel seriyalı telefonlardakı tətbiqlərdən biri artıq Android istifadəçilərinin də ixtiyarına verilib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Google Telefon tətbiqinin beta versiyası android telefonlarda aktivdir.

İlkin məlumata görə, tətbiq öncə Samsung və OnePlus markalı smartfonlara yüklənə biləcək. Bunun üçün əvvəlcə tətbiqin beta versiyasında qeydiyyatdan keçmək lazımdır. Daha sonra tətbiqi Play Store üzərindən yükləmək mümkün olacaq.

Google telefon tətbiqini digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də filtrləmədir. Amma təəssüf ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da Pixel markalı smartfon istifadəçilərinin ixtiyarına verilib.

Qeyd edək ki, tətbiq hələlik beta versiyada olduğu üçün daxil olan və çıxan zənglərdə problem yaşana bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.