Maraqlı

Maska taxmaq üçün üç VACİB SƏBƏB

16 Avqust 2020 18:06
Baxış: 1 571
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Maskanı düzgün geyinmək və əl ilə toxunmamaq COVID-19-dan qorunma baxımından çox vacibdir.

İsti hava səbəbiylə maskaların düzgün geyilmədiyini vurğulayan yoluxucu xəstəliklər üzrə mütəxəsislər maska taxmağın sosial bir məsuliyyət olduğunu vurğulayırlar.

Milli.Az Lent.az istinadən maska taxmaq üçün 3 əsas səbəbi təqdim edir:

1. Qaydalara hörmət etmək üşün

COVID-19-un daşıyıcısı olduğumuzu bilmirik. İnsanlar simptomlar göstərməsələr də, bu xəstəliyə yoluxa bilərlər.

2. Xeyirxahlıq, empatiya

Əlaqədə olduğumuz şəxsin xərçəng xəstəliyi ilə mübarizə aparan bir uşağının və ya himayəsində yaşlı bir ananın olub-olmadığını bilmirik. Bizim orqanizimimiz sağlam və virusa qarşı dözümlü olduğu halda, qarşımızdakı üçün bu keçərli olmaya bilər.

3. Cəmiyyətin sağlamlığı, məsuliyyət

Yaşadığımız cəmiyyət qarşısında məsuliyyətimiz var. COVID-19-a qarşı tədbirlər görmək hamımızı qoruyar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.