Maraqlı

“Android” sistemində vacib faylların yeni mühafizə üsulu hazırlanıb

8 Avqust 2020 08:21
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Google" şirkəti "Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda informasiyanın mühafizə edilməsi imkanlarını genişləndirib. İndi "Google Files"da "təhlükəsiz qovluq" adlı xüsusi funksiya istifadəyə verilib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, yeni seçim vacib sənəd, təsvir və videoların saxlanıldığı qovluğa dördrəqəmli PİN kod quraşdırmağa imkan verir. İstifadəçi proqrama daxil olduqda hər dəfə kodu daxil etməlidir.

Hələ ki "təhlükəsiz qovluq" funksiyası "Google Files"in beta-versiyasında dəstəklənir. Sözügedən funksiya yaxın həftələrdə əksər istifadəçilər üçün əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.