Maraqlı

Çin orbitə üç yeni peyk çıxarıb

30 İyul 2020 08:01
Baxış: 671
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çin orbitə üç yeni peyk buraxıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, peyklər orbitə "Chang Zheng-4B" ("Böyük yürüş - 4B") raketdaşıyıcısı vasitəsilə çatdırılıb. Raketin Çinin şimalında yerləşən Şansi əyalətinin Tayyuan kosmodromundan uğurlu buraxılışı həyata keçirilib.

Məlumata görə, kosmosa Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanan yüksək ayırdetmə qabiliyyətinə malik yeni stereotopoqrafik peyk çatdırılıb. Kosmik aparat ölkənin torpaq ehtiyatlarının öyrənilməsi, təbii fəlakətlərin xəbərdar edilməsi, kənd təsərrüfatının inkişafı, su ehtiyatlarından səmərəli istifadə, ekoloji tədqiqatlar və şəhər planlaşdırması üçün məlumatlar təqdim edəcək.

Orbitə, həmçinin qara materiyanın aşkarlanması və kommersiya məlumatlarının toplanılması üçün nəzərdə tutulan iki peyk çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.