Maraqlı

Dəniz suyunda həll olan plastik paketlər - Şəkər qamışından hazırlanıb

30 İyul 2020 23:15
Baxış: 1 151
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın "Mitsubishi Chemical" şirkəti dəniz suyunda tamamilə həll olan plastik paketlər hazırlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, yeni paketlər formasına və fakturasına görə adi polietilendən fərqlənmir. Onun hazırlanmasında şəkər qamışından istifadə olunub.

Şirkətdən bildiriblər ki, belə paketlər bir gün ərzində dəniz suyunda həll olur. Bu paketlər okean və dəniz sularının plastik tullantılardan təmizlənməsinə böyük təsir göstərəcək.

Hazırda "Mitsubishi Chemical" şirkəti digər milli şirkətlərlə birlikdə həmin paketlərin kütləvi istehsalına hazırlaşır.

Xatırladaq ki, iyulun 1-dən başlayaraq, Yaponiya marketlərində alınan məhsulları yığmaq üçün plastik paketlər müəyyən ödəniş müqabilində təklif edilir. Hakimiyyət orqanlarının qənaətinə görə, bu addım plastik tullantıların qarşısının alınmasında mühüm rol oynayacaq. Bununla yanaşı, alıcılara suda həll olan bitki toxumalarından hazırlanmış paketlər də təklif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.