Maraqlı

Mastercard kriptovalyuta kartları buraxacaq

26 İyul 2020 15:35
Baxış: 1 004
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ödəniş sistemi nəhəngi Mastercard iyulun 20-si kriptovalyuta layihələri üçün "Mastercard Accelerate" proqramına girişin təmin edilməsi barədə məlumat dərc edib. "Mastercard Accelerate" proqramı fintex şirkətlərin ödəniş sistemi ilə qarşılıqlı əlaqəsini təmin edəcək. Kriptokartların ilk emitenti sistemdə lisenziyalı iştirakçı statusu almış britaniyanın kriptovalyuta startapı Wirex olacaq.

Kriptovalyuta şirkətlərinə öz proqramına daxil olmasını asanlaşdıran Mastercard bununla belə ümumi prinsiplərə (istehlakçıların etibarlı müdafiəsini (məxfilik və təhlükəsizlik) təmin etmək, qanun və qaydalara uyğun fəaliyyət göstərmək, çirkli pulların yuyulmasına qarşı standartlara riayət etmək) sadiq olacaqlarını qeyd edib.

Mastercard-ın rəqəmsal aktivlər üzrə vitse-prezidenti Raj Dhamodharan: "Kriptovalyuta bazarı inkişaf etməkdə davam edir və Mastercard müasir rəqəmsal iqtisadiyyat çərçivəsində istehlakçılar və fintex şirkətlər üçün etibarlı və təhlükəsiz mühit yaratmaqla irəliləyir."

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.