Maraqlı

2025-ci ildə virtual və artırılmış reallıq qurğularının tədarük həcmi 43 milyonu ötəcək

28 İyul 2020 07:31
Baxış: 785
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ildə virtual və artırılmış reallıq (augmented reality, AR / virtual reality, VR) qurğularının qlobal tədarük həcmi 5 milyondan bir qədər çox gözlənilir. Lakin AR və VR texnologiyaları sürətlə populyarlaşır və 2025-ci ilədək bu bazarın həcmi 8 dəfədən çox artacaq. "TrendForce" analitik şirkətinin mütəxəssisləri belə proqnozla çıxış ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər hesab edirlər ki, yeni qurğuların çıxarılması AR/VR sənayesinin sürətli inkişafına imkan yaradacaq. 2021-2022-ci illərdə "Apple", "Huawei" və "Samsung" daxil olmaqla bir neçə populyar brendin artırılmış və ya virtual reallıq qarniturları təqdim edəcəyi gözlənilir.

Mütəxəssislərin qiymətləndirməsinə görə, tədarük həcmi hər il 53,1% yüksələcək və 2025-ci ilədək 43 milyonu ötəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.