Maraqlı

“Messenger”ə biometrik eyniləşdirmə əlavə edilib

28 İyul 2020 08:31
Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" şirkəti "Messenger" proqramı üçün biometrik eyniləşdirmə funksiyasını təqdim edib. Funksiya artıq bu gündən "iPhone" və "iPad" qurğularında əlçatandır, "Android" sistemi üçün isə yenilik yaxın aylarda reallaşdırılacaq.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Facebook" 2020-ci ilin əvvəlində "Messenger"də bloklama funksiyasının sınaqdan keçirildiyini təsdiq edib. Sosial şəbəkənin nümayəndələri əmindirlər ki, bu funksiya sayəsində istifadəçilər öz yazışmalarının təhlükəsizliyi haqqında narahat olmadan telefon və ya planşetlərini dostlarına və ya ailələrinə verə biləcəklər. Bir il bundan əvvəl "Facebook", həmçinin "WhatsApp" messenceri üçün biometrik blokdan çıxarma funksiyasını tətbiq edib.

Yeni funksiyanı aktivləşdirmək üçün "Məxfilik" bölməsinə daxil olmaq, sonra lazımi seçimi seçib "App Lock" funksiyasını aktiv etmək lazımdır. "Messenger" proqramından çıxdıqdan 1 dəqiqə, 15 dəqiqə və ya 1 saat sonra "App Lock" funksiyasını aktivləşdirmək olar.

2021-ci ildə sosial şəbəkə "Messenger"də "End-to-end encryption" şifrləməsini tətbiq edəcək. Hələ ki bunun üçün istifadəçilər xüsusi məxfi çat yaratmağa məcburdurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.