Maraqlı

Çində dünyanın ən uzun “3D” körpüsü qurulub

28 İyul 2020 08:59
Baxış: 1 139
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çinin şimalında yerləşən Hebey Politexnik Universiteti ən uzun üçölçülü körpünün yaradılması üzrə yeni dünya rekorduna imza atıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki,  "3D" texnologiyası vasitəsilə inşa edilən 28,1 metrlik konstruksiya iyulun 21-də "Ginnesin Rekordlar Kitabı" tərəfindən sertifikatlaşdırılıb. Rekordçunun prototipi qismində 1400 ildən çox tarixə malik Hebey əyalətindəki Çjaoçjoutsyao tağşəkilli daş körpüsü çıxış edib.

Körpü strukturunun 1:2 miqyaslı "3D" çap prosesi Hebey Politexnik Universitetinin professoru Ma Qoveyin başçılıq etdiyi tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Antszitsyao kimi də tanınan Çjaoçjoutsyao körpüsü Hebey əyalətinin Çjaosyan qəzasında Syaohe çayı üzərində qurulub. O, Sui sülaləsi dövründə tikilib (581-618-ci il).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.