Maraqlı

Android 11 ilə 117 yeni smayl gələcək

23 İyul 2020 21:50
Baxış: 1 550
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Google yaxın günlərdə Android 11 əməliyyat sistemi ilə birlikdə 117 yeni smaylı da istifadəçilərə təqdim edəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, smayllar arasında bizon, ürəklər, mamont, qütb ayısı, qurbağa, qucaqlaşan insanlar və s. var. Yeni smayllara baxdıqda heyvanlar aləminə, xüsusilə geniş yer verildiyi görünür.

Məlumata görə, Google bu smaylları hazırlayarkən Monterey Bay Akvariumu və Victoria Bug Zooparkı ilə əməkdaşlıq edib. Smayllar, həmçinin telefonun qaranlıq rejiminə uyğun dizayn edilib.

Yeni smaylların sentyabrda istifadəçilərin ixtiyarına veriləcəyi gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.