Maraqlı

PUBG Mobile-da yeni era: Hiylə işlədənlər tarix olur

21 İyul 2020 22:20
Baxış: 2 758
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

PUBG Mobile rəqabəti artırmaq və hiylələrdən istifadə edənlərin qarşısını almaq üçün inkişaf etdirdiyi xüsusiyyəti nümayiş etdirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən yenilik hazırda mövcud olan izləmə rejiminə yeni mexanizm əlavə edib.

Bundan sonra proqram hansısa oyunçunun digərinin görüş məsafəsində olub-olmadığını real zamanlı olaraq müəyyən edə biləcək.

PUBG Mobile oyununda iki vacib problemin həlli hədəflənir: Mövcud izləmə rejimini manipulyasiya edərək hazırlanan hiylələri bloklamaq və oyundakı şübhəli davranışları daha effektiv şəkildə aşkara çıxararaq aradan qaldırmak. Yeni izləmə sistemi üç fərqli roldan təşkil olunur. Bu rollar arasında oyun sahibi, oyun drayveri və izləyici rolları yer alır. Bu sistemdən əvvəl hiylədən istifadə edənlər izləmə rejimini iki cihazda istifadə edərək oyundaxili düşmənlərin yerlərini təyin edir və haqsız avantaj qazanırdılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.