Maraqlı

İnternet kabelləri çəkən robot yaradılıb

21 İyul 2020 07:51
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook Connectivity" şirkəti elektrik naqillərində fiber-optik kabel quraşdıran robot yaradıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, qurğu yaradıcılarının sözlərinə görə, bu, mövcud internet kabeli çəkilişi üsullarından ən ucuzudur.

Məlumata görə, şirkət internet rabitəsinin təmini ilə müstəqil məşğul olmağı planlaşdırmır. Belə ki, "Facebook" ondan lisenziya alacaq provayderlərlə əməkdaşlıq etməyi nəzərdə tutur. İlk tərəfdaş qismində "NetEquity" şirkətinin çıxış edəcəyi gözlənilir. Bundan başqa, "ULC Robotics" şirkəti robotların istehsalı ilə məşğul olacaq, kabel dizaynı üzrə mütəxəssis Ueyn Kaçmar isə zədələrə davamlı innovativ fiber-optik kabellər hazırlayacaq.

Texnologiyanın qurulması və sınaqlarına növbəti ildə başlamaq nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory