Maraqlı

“LG” şirkəti “Android 10” sistemi ilə işləyən yeni smartfonunu təqdim edib

18 İyul 2020 08:51
Baxış: 1 005
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"LG" şirkəti "Aristo 5" adlı başlanğıc səviyyəli yeni modelini təqdim etməklə öz smartfon çeşidini genişləndirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, smartfon "HD " (1520x720 piksel) təsvir ölçülü 5,7 düymlük ekranla təchiz edilib və ön paneldə 5 meqapiksellik ön kamera modulu üçün kəsik var. Qurğu 8 nüvəli "MediaTek Helio P22" prosessoru, 2 QB əməli yaddaşa malikdir. Modelin daxili daşıyıcısının tutumu 32 QB təşkil edir. İstehsalçı əməliyyat sistemi kimi "Android 10" platformasından istifadə edib.

Qurğunun arxa qapağında 13 (əsas) və 5 meqapiksellik (genişbucaqlı obyektiv) təsvir ölçülü sensorlardan ibarət əsas kamera bloku yerləşdirilib. Aşağı hissədə aparatı blokdan çıxartmaq üçün barmaq izləri skaneri quraşdırılıb. 3000 milliamper/saat tutumlu akkumulyatorun enerji ilə doldurulması və FK-ə qoşulma "Micro-USB" portunun köməyi ilə həyata keçirilir.

ABŞ ərazisində artıq satışa çıxarılmış "LG Aristo 5" aparatının qiyməti 160 dollar təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.