Maraqlı

2025-ci ilədək video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək

18 İyul 2020 07:11
Baxış: 1 218
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"COVID-19" pandemiyasının mənfi nəticələrinə, ABŞ-ın dövlət müqavilələrində Çinin "Hikvision" və "Dahua" istehsalçılarının iştirakına qoyulmuş qadağaya baxmayaraq, yaxın 5 ildə video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "IDC" analitik şirkətinin proqnozuna görə, müşahidə kameralarının satışından əldə edilən gəlir 2019-cu ildə 23,6 milyard dollardan 2025-ci ildə 44 milyard dollaradək artacaq. Baxılan dövrdə orta illik artım tempi təxminən 13% təşkil edəcək. Analitiklər hesab edirlər ki, "ağıllı" video müşahidə sistemləri və analitik proqram təminatının tətbiqi bazarda müsbət dinamikanı təmin edəcək.

Coğrafi region baxımından Şimali Amerika əvvəlki kimi ən böyük video müşahidə kameraları istehlakçısı olaraq qalacaq. Çin ikinci yeri tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.