Maraqlı

“Tinder” xidmətinə videozəng funksiyası əlavə edilib

14 İyul 2020 08:59
Baxış: 1 571
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tinder" tanışlıq xidmətində videozəng funksiyası əlçatan olub. Bu haqda şirkətin saytında məlumat verilib. İndi ABŞ, Avstraliya, Fransa daxil olmaqla 13 ölkənin istifadəçiləri bir-biriləri ilə zəngləşə bilərlər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, videozəng üçün hər iki tərəfin razılığı lazımdır. İstifadəçilər öncədən platformanın şərtləri ilə razılaşmalıdırlar. Ünsiyyət zamanı nifrətin oyadılması və qeyri-qanuni hərəkətlərin müzakirəsi qadağandır. Proqramçılar rahatlıq üçün ekran görüntüsünü iki hissəyə bölüblər: birində qurğu sahibi, digərində isə həmsöhbət görsənəcək.

Şirkət artıq 5 min amerikalı istifadəçisi arasında yeni funksiyanı sınaqdan keçirib. Nəticələrə əsasən, yeni nəsil istifadəçilərin təxminən 40%-i xidmətdə videozəngdən istifadəni təqdir ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.