Maraqlı

Fransadan Huawei-yə dəstək - Avadanlıqlardan imtina etməyəcəyik

9 İyul 2020 23:20
Baxış: 1 402
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa 5G şəbəkəsinin qurulmasında Huawei avadanlığının istifadəsini qadağan etməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Fransanın "Les Echos" qəzetinə verdiyi müsahibədə Kibermühafizə Departamentinin rəhbəri Guillaume Pupar açıqlama verib.

Pupar qeyd edib ki, Fransa hakimiyyəti operatorları digər şirkətlərin avadanlıqlarından istifadə etməyə təşviq edəcək: "Artıq Huawei ilə işləyən şirkətlər 3-8 il arasında əməkdaşlığı davam etdirmək üçün icazə alıblar".

Xatırladaq ki, bundan əvvəl Birləşmiş Ştatların Ticarət Departamenti ABŞ şirkətləri üçün əvvəllər tətbiq olunan Huawei ilə əməkdaşlığa qoyulan qadağanın qaldırıldığını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.