Maraqlı

Tövbənin qəbul olması üçün mühüm nöqtə

16 İyul 2020 20:55
Baxış: 1 636
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəssüf ki, biz insanlar tez-tez xəta və günah edirik. Sonra bu əməlimizə görə peşman olur və tövbə edirik. Allahdan istəyirik ki, bizə tövbə etmək tövfiqi versin və əcəlimiz gələnə qədər bizə bağışlanma fürsəti əta etsin.

Qurani-Kərimdə buyurulur: "Əslində (qəbulu İlahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir". ("Nisa" 17).

Tövbənin qəbul olmasının şərtlərindən biri budur ki, bəndə etdiyi günahı cəhalət üzündən edər. Yəni, bu əməlin günah olmasını bilər, ancaq onu Allaha qarşı çıxmaq üçün yerinə yetirməz. Bəlkə cahil olduğu üçün yerinə yetirər.

Tövbənin qəbul olmasının şərtlərindən biri budur ki, insan günah etdiyini hiss edən kimi tövbə etməlidir. Yəni, tez tövbə etmək tövbənin qəbul olmasına şərait yaradar.

"Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə, onlara "salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı) rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır" de". ("Ənam" 54).

Hər kim tövbə edərsə, gərək qəlb tövbəsi etsin. Dilində sadəcə tövbə zikrini demək kifayət deyildir. Bu əməlindən peşman olmalıdır və onu təkrar etməmək qərarına gəlməlidir. O zaman Bağışlayan Allah onu əfv edəcəkdir.

"Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər". ("Ali-İmran" 135).

Tövbənin qəbul olma şərtlərindən biri də budur ki, insan Allahın bağışlayan olmasına inanmalıdır. Bu əqidədə olmalıdır ki, Allahdan başqa bağışlayan yoxdur. Allahın rəhmətinə ümid bəsləməlidir.

Beləliklə deyə bilərik ki, Allaha qayıtmaq yolu həmişə üzümüzə açıqdır. İnsan hər an etdiyi günaha görə tövbə edə bilər. Tövbədən sonra isə Allahın rəhmətinə ümid bəsləməlidir. (Beytutə)

"(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır". ("Maidə" 39).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.