Maraqlı

Yeni “OnePlus” televizorları nümayiş olunub

7 İyul 2020 07:51
Baxış: 771
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"OnePlus" şirkəti Hindistanda yeni televizorlar seriyası təqdim edib. Seriyaya üç model - "HD" təsvir ölçülü 32 düym diaqonallı "OnePlus TV Y1", - "Full HD" təsvir ölçülü 43 düym diaqonallı "OnePlus TV Y1", eləcə də "4K TV" təsvir ölçülü 55 düym diaqonallı "OnePlus TV U1" daxildir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hər üç "OnePlus TV Y" televizorunun "LED" panelləri "DCI-P3" rəng məkanının 93 faizini əhatə edir. Dinamik görüntünün keyfiyyətli kompensasiyası üçün "MEMC" texnologiyasını və "Dolby Vision" genişləndirilmiş dinamik diapazonunu dəstəkləyən böyük "OnePlus TV U1" modelinin korpusunun qalınlığı 6,9 mm təşkil edir və 30 vatt gücündə dinamiklərlə təchiz olunub. "OnePlus TV Y" modelləri 20 vatt gücündə dinamiklərə malikdirlər.

Həmçinin "Wi-Fi" (802.11ac standartı OnePlus TV U1 modelinə quraşdırılıb), "Bluetooth 5.0 LE" dəstəklənir, "HDMI" və "USB" portları mövcuddur. Televizorlara "OxygenPlay" servisi və "Google Assistant" səsli köməkçisinə malik "Android TV 9.0" platforması quraşdırılıb.

"OnePlus TV 32Y1" modeli 174, "OnePlus TV 43Y1" 308, "OnePlus TV 55U1" isə 699 dollara təklif olunur. İlkin sifarişlərin qəbulu "Amazon.in" saytında aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.