Maraqlı

“Microsoft” və “Hitachi” şirkətləri genişmiqyaslı əməkdaşlığa başlayıblar

4 İyul 2020 08:41
Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" və "Hitachi" şirkətləri genişmiqyaslı əməkdaşlıq elan ediblər. Yapon şirkəti istehsalçılara öz fabriklərinin işini avtomatlaşdırmaqda və logistikanın səmərəliliyini yüksəltməkdə kömək etmək üçün bu əməkdaşlıq çərçivəsində tərəfdaşının "bulud" xidmətlərini təşviq edəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, çoxillik razılaşma "Microsoft" və "Hitachi" şirkətlərinin Asiya və Şimali Amerikadakı müştərək müştəriləri ilə işləmək üçün nəzərdə tutulub. "Hitachi" şirkəti "Azure" "bulud" infrastrukturu, "Microsoft 365" və "Dynamics 365" proqramlarından istifadə edərək həmin müştərilər üçün istehsalın məhsuldarlığını, logistikanın optimallaşdırmasını və proqnozlaşdırıcı xidməti təmin edəcək.

"Biz "Microsoft" ilə əməkdaşlığımızı genişləndirməkdən, istehsal və logistik şirkətlərini rəqəmli həllərlə təchiz etmək üçün əməliyyat texnologiyaları və İT sahəsindəki nailiyyətləri öz məhsullarımızda tətbiq etməkdən məmnunuq" - "Hitachi" şirkətinin vitse-prezidenti Cun Abe deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.