Maraqlı

Çoxdan gözlənilən elektrikli motosikl satışa çıxarılmağa hazırdır - Tarform Luna

30 İyun 2020 21:40
Baxış: 767
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elektrikli motosikl bazarının uzun zamandır səs gətirən modellərindən olan Tarform Luna-nın təqdimatına çox az qalıb. Modelin artıq bütün detalları bəllidir.

Milli.Az ted.az-a istinadən bildirir ki, elektrikli motosikl əslində, 2018-ci ildə elan edilsə də, bəzi problemlərdən dolayı təqdimatı ləngidilib.

Klassik motosikl eskizlərini "retro bir hava" ilə gələcəyə daşıyan Luna 55 at gücündə PMAC elektrik mühərrikinə sahibdir.

10 kWh litum ion batareya paketi ilə təchiz edilən motosiklin maksimum sürəti 153 km/s-dır. 100 km/s sürəti isə cəmi 3,8 saniyədə yığır.

Birdəfəlik mənzili 200 km olan motosikl 200 kq ağırlığa malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.