Maraqlı

Yeni “LG GX Gallery” televizorları təqdim edilib

27 İyun 2020 07:51
Baxış: 824
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Koreyanın "LG" şirkəti "GX Gallery" seriyasına aid yeni televizorlar nümayiş etdirib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, hazırda texniki xüsusiyyətləri barədə ətraflı məlumat verilməyən televizorlar üzvi işıq diodlarının tətbiqini nəzərdə tutan "OLED" texnologiyası əsasında yaradılıb.

Məlumata görə, seriyaya əvvəlcə 55, 65 və 77 düym diaqonallı, "4К" formatlı (3840 × 2160 piksel) üç model daxil olacaq.

Televizorların korpusunun qalınlığı 20 millimetr təşkil edir. Onların quraşdırılmış audiosistemlə təchiz edilməsi kənar səs panelindən istifadə zərurətini aradan qaldırır.

Bundan başqa, televizorlar divara sıx asılmağa imkan verən xüsusi qatlanan bərkidici ilə təchiz olunublar.

Hazırda "LG GX Gallery" seriyalı modellərin qiyməti və satışa çıxarılma müddəti barədə məlumat verilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.