Maraqlı

“Windows 7” əməliyyat sistemi üçün gözlənilmədən yeniləmə çıxarılıb

25 İyun 2020 07:51
Baxış: 972
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası "Windows 7" əməliyyat sistemi üçün yeni yeniləməsini çıxarıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "KB4567409" nömrəli yeniləmə istifadəçiyə öz kompüterinə "Chromium" mühərrikinə əsaslanan "Microsoft Edge" brauzeri quraşdırmağa imkan verir. "Microsoft" şirkəti sözügedən brauzeri 2015-ci ildə "Internet Explorer"ə əvəzetmə kimi təqdim edib.

"Windows 7" istifadəçiləri təklif edilən yeniləmənin quraşdırılmasından imtina edə bilərlər, çünki o, təhlükəsizlik yeniləməsi deyil.

Xatırladaq ki, "Microsoft" şirkəti 14 yanvar 2020-ci il tarixində "Windows 7" əməliyyat sisteminin dəstəyini dayandırıb. Məlumatda deyilirdi ki, bu əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlər öz fəaliyyətini davam etdirəcək, lakin "Microsoft" texniki dəstəyi və yeniləmələrin çıxarılışını dayandıracaq. "Microsoft"un rəsmisi istifadəçilərə "Windows 10" sisteminə keçid etməyi tövsiyə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.