Maraqlı

Hər 4 yol qəzasından biri smartfona görə baş verir - STATİSTİKA

20 İyun 2020 19:55
Baxış: 1 784
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mobil telefonlar sürücülər üçün əsl lənətə çevrilir... Statistikaya görə, 2014-cü ildən etibarən ABŞ-da baş verən hər dörd yol qəzasından biri smartfonlarla əlaqələndirilir. Bununla yanaşı, avtomobil sahiblərinin sayı getdikcə daha çox "şəbəkə narkomaniyası"ndan danışır.

Milli.Az ted.az-a istinadən bildirir ki, ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi məlumatına əsasən, mobil telefon 2014-cü ildə baş verən qəzalardan 27%-də diqqət çəkən amil kimi göstərilib. Problemi daha yaxşı anlamaq üçün şok nəticələr verən sosioloji sorğu aparılıb. Sorğunun nəticələrini bütün dünyaya aid etmək olar.

Sürücülərin sürücülük vərdişlərinə həsr olunmuş bu araşdırma, hökumətin sifarişi ilə telekommunikasiya nəhəngi AT&T şirkəti tərəfindən aparılıb. Sosial sorğunun nəticələri aşağıdaki kimidir:

Sürücülərin 61%-i sükan arxasında ismarıc yazır;

33%-i poçtdan istifadə edir;

28%-i brauzerdən istifadə edir;
27%-i feysbukda vaxtını keçirir;
27%-i video çəkir;

17%-selfi edir;

14% tvitterdən istifadə edir;

14%-i instaqramda şəkil yollayır;

10%-i görüntülü zəng edir.

Milli Təhlükəsizlik Şurası etiraf edir ki, sürücülər qəza zamanı telefondan istifadə faktını heç bir əsas olmadığı halda gizlətdikləri üçün yuxarıda göstərilən qəza faizi 27 deyil, qat-qat çox ola bilər.

Bu günə qədər ABŞ-ın 46 ştatında sükan arxasında ismarıc yazmaq qadağandır. Ekspertlər hesab edirlər ki, cəzaların daha da sərtləşdirilməsi ümumi vəziyyətə ciddi şəkildə təsir etməyəcək. "Mobil narkomaniya"nın nisbətən təhlükəsiz hala salınması isə robot avtomobillərinin kütləvi şəkildə tətbiq olunmasından sonra ola bilər.

Qeyd edək ki,  2019-cu ildə Azərbaycanın avtomobil yollarında 1970 və ya 2018-ci illə müqayisədə 2,9 faiz çox yol-nəqliyyat hadisəsi baş verib. Qaydaların pozulmasına görə  isə 119,0 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.