Maraqlı

Bu qorxulu uşaq xəstəliyi koronavirusla bağlıdır

16 İyun 2020 23:25
Baxış: 2 196
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada koronavirus epidemiyası ilə əlaqəsi ola biləcəyi düşünülən qorxulu uşaq xəstəliyi - "Kavasaki sindromu"nun yayılması qeydə alınıb.

Fransanın paytaxtında xəstəxanaya bununla əlaqədar 17 uşaq yerləşdirilib. O da vurğulanır ki, sindrom daha çox mədə-bağırsaq problemləri olan Afrika mənşəli uşaqlarda müşahidə olunub.

Qeyd edək ki, Nyu-Yorkda təxminən 100 uşaqda "Kavasaki sindromu"na bənzər və koronavirusla əlaqəsi ola biləcəyi ehtimal olunan iltihabi xəstəlik müəyyən edilib. Qubernator Endryu Kuomo artıq üç nəfərin bu xəstəlikdən öldüyünü bildirib.

Onlardan biri 18 yaşlı gənc qız, digərləri isə yeddi və səkkiz yaşlarında olan oğlan uşaqları olub. Xəstəxanaya yerləşdirilərkən onlarda koronavirus simptomunun müəyyən edilmədiyi vurğulanıb.

Bundan başqa, ABŞ-ın Konnektikut ştatında daha üç uşaq iltihab sindromu simptomları ilə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.