Maraqlı

SpaceX genişzolaqlı internet bağlantısı üçün ərizə qəbuluna başladı

18 İyun 2020 22:20
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SpaceX şirkəti Starlink peyk internet bağlantısı üçün ərizə qəbul etməyə başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Falcon 9 raket daşıyıcısı ilə Starlink peyklərinin növbəti uçurtmasından sonra layihənin saytında "kosmik şəbəkə"nin qapalı beta-testinə dair ərizələr qəbul edilməyə başlanıb.

Elon Muskın şirkəti artıq 540 ədəd peyki orbitə buraxıb, şəbəkənin normal işləməsini təmin etmək üçün daha 240 peyk tələb olunur.

Qeyd edək ki, Starlink-in genişzolaqlı internetini ilk olaraq ABŞ və Kanada sakinləri sınaqdan keçirə biləcəklər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.