Maraqlı

Xiaomi şirkəti Mi 10 Pro+ smartfonu üzərində çalışır: Hansı fərqli özəlliklər olacaq?

18 İyun 2020 08:05
Baxış: 1 176
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevral ayında Xiaomi şirkəti Mi 10 və Mi 10 Pro flaqman smartfon modellərini təqdim etmişdi. İndi isə görünür, şirkət sözügedən seriyanı yeni model ilə genişləndirməyi planlaşdırır. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən yeni smartfon modeli Mi 10 Pro+ olacaq və o hətta Mi 10 Pro-nu da geridə qoyacaq. Məlumatda qeyd olunub ki, bu smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib ekran (böyük ehtimal kənarları əyilmiş), Snapdragon 865 prosessoru və 65 vatt gücündə sürətli şarj texnologiyası ilə təchiz olunacaq.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Mi 10 Pro modeli 50 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Mi 10 Pro+ modelinin əsas fərqləndirici özəlliklərindən biri də 108 MP-lik əsas kamera olacaq. Onun 12 qat optik zoomu dəstəkləyəcəyi gözlənilir (Mi 10 Pro-da 5 qat optik zoom). Qeyd etmək lazımdır ki, bu məlumatların həqiqət olub-olmadıqları bilinmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.