Maraqlı

Sağlamlığın izlənilməsi üçün innovativ parça hazırlanıb

16 İyun 2020 23:40
Baxış: 1 180
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müasir daşınan cihazlar ürək ritmini, tənəffüsün tezliyini və başqa göstəriciləri qeydə ala bilir. Bu isə insana öz orqanizminin vəziyyətini izləməyə imkan verir. Müxtəlif sensorların birbaşa parçaya inteqrasiyası növbəti mərhələ olacaq ki, bu da daşınan elektronikanın imkanlarını xeyli genişləndirməyə imkan verəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, Lozanna Federal Politexnik Məktəbi ilə Foton materialları və Lifli cihazlar Laboratoriyasının tədqiqatçıları adi parçaya quraşdırıla bilən elektron lif yaratmaqla kiçik bir texnoloji nailiyyət əldə ediblər.

Yeni texnologiya parçanın liflərinə inteqrasiya edilmiş elastik sensorlardan ibarətdir. Tədqiqatçıların sözlərinə görə, bu, "ağıllı" parça dünyasına qapı açır. Gələcəkdə pasiyentin sağlamlığına böyükölçülü qurğu deyil, adi geyim nəzarət edəcək.

Tədqiqatçıların sözlərinə görə, əsas problem yumşaq materiallardan qurulmuş elektrik şəbəkəsi yaratmaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.