Maraqlı

Tvitter 5G və koronavirus arasında əlaqənin olmadığına dair xəbərdarlıq yaymağa başladı

9 İyun 2020 23:05
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məlum olduğu kimi, Tvitter 5G və koronavirusun yayılması arasında əlaqənin olmadığına dair xəbərdarlıq yaymağa başlayıb. Xəbərdarlıq sosial şəbəkənin öz platformasında bu mövzu ilə bağlı yanlış informasiya yayılması haqqında kütləvi ittihamlardan sonra başlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 5G və VCOVID-19-la bağlı sözügedən şəbəkədə çoxlu sayda yanlış məlumat ortaya çıxıb.

Beləliklə, Tvitter 5G mobil şəbəkələrinin yayılması ilə son koronavirus infeksiyası arasında əlaqəyə işarə edən paylaşımlara öz izahlarını əlavə etməyə başlayıb.

Şirkət bu cür yazıları əngəlləmək əvəzinə, onların altına xüsusi "COVID-19" haqqında məlumat vermək qərarına gəlib. İstifadəçi qeyd olunan paylaşımlara keçid etdikdə bu nəzəriyyənin yanlış olduğunu izah edən səhifəyə yönləndiriləcək. Əlbəttə ki, izahatda etibarlı mənbələrə istinadlardan istifadə olunur.

Xatırladaq ki, bir müddət əvvəl bir çox Amerika mediası, Tvitter, Apple və YouTube da daxil olmaqla müxtəlif texnoloji şirkətləri 5G və COVID-19-la əlaqələndirən, elmi olmayan iddiaların yayılmasında ittiham edilərək tənqid edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.