Maraqlı

Kompüteriniz üçün maraqlı FOTOSESSİYA

13 İyul 2020 08:45
33 Şərh     Baxış: 2 175

Milli.Az kompüteriniz üçün maraqlı fotoları təqdim edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

33 Şərh:

  • Anonim
    Papatya · 13 İyul 09:02260

    Bir qayaya söykənmişəm, deyirəm kaş: Bax beləcə daşa dönəm yavaş-yavaş. Taleyimi qayaların taleyinə bağlayam mən. Bircə insan düşüncəmi saxlayam mən. Daş ayaqlı, daş əlli bir insan kimi Enib daşdan-daşa düşəm. Qayaların lal dilini başa düşəm. Onların daş qulağına bir daş atam, Qayaların keçmişini qayalara xatırladam, Deyəm: bir vaxt insan oğlu insan olub bu qayalar. İnsanların nərəsindən doğulub bu qayalar.

    Cavab yaz
  • Anonim
    Papatya · 13 İyul 09:05200

    Nər igidlər düşmən üstə gedən zaman Babalar da baş qaldırıb yer altından, Qaya kimi, -- dayaq olub, yumruq olub, ox olublar Qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar, Bu torpağın taleyində o da elə bir gün idi. İgidlərin yaşaması daş olmaqla mümkün idi. Yoxsa onun qismətinə hardan düşə bu qədər daş! Danış görüm, a daş qardaş! Siz nənəmin bacılığı, Siz babamın qardaşlığı, Təbiətin səpdiyi bir zəmi sanım Bəlkə elə bu daşlığı! Siz ey qədim əfsanələr Şerimə yağ, səsimə yağ!

    Cavab yaz
  • Anonim
    SEVİL((((( · 13 İyul 09:05225

    Dünən Əsramın -- mənim həssas bacımın Tovuzdan gələn kədər dolu səslə verdiyi ağrılı xəbəri eşitdikdə"" bəlkə səhv məlumatdı , axı belə bir rəsmi məlunat yoxdu ""- deyə hardasa təskinlik verdim.Amma....zənnim məni aldatdı((( Ocağı sönən şəhid anasl, ürəyi parə parə olan şəhid balası, Allahdan sizə səbr arzulayıram((

    Cavab yaz
    • Anonim
      Ebru · 13 İyul 13:4321

      Hamimizi ureyi parcalandi Sevil xanim (((Allah yaxinlarina sebir versin..Necesiniz??

      Cavab yaz
  • Anonim
    asi · 13 İyul 09:052810

    Salam hamıya..Dünən yenə bizim üçün çətin, kədərli bir gün oldu.((... Dünənki Şəhidlərimizlə burlikdə bütün Şəhidlərimizə rəhmət diləyirəm..Yaralılar da tezliklə sağlamlığına qovuşsun..Bütün əsgərlərimiz sağ canla verilən tapşırıqları yerinə yetirsin..erməni bizim taleyimizin qara səhifəsidi, siyasət nə edir etsin, onlardan gələn bəla, ziyan qaçılmazdı, bu keçmişdə də, indi də olan reallıqdı.. İndən belə yüz il də sülh danışıqları getsə də(uzaq olsun), əgər torpaq almaq istəyiriksə, müharibəsiz olmayacaq..Hər gün Şəhud verib Vətən sağ olsun deyirik..Vətən sağ olmağına sağ olsun, amma bütöv ola bilmirsə, əbəs yerə millətin balası niyə canından olur?? ..Əsgər postda durduğu yerdə belə rahatlıqla düşmənin qurbanına çevrilirsə, onda bu Vətən kimlərin sayəsində sağ olacaq..??..Gücümüz var, güclü ordumuz, güclü silahımız var, daha nə lazımdırki, erməni itlərinin payını vermək üçün bir dəfəlik və həmişəlik..

    Cavab yaz
  • Anonim
    Papatya · 13 İyul 09:06140

    Nə zamansa bu daşlarla bir dil tapan tapılacaq -- Bu daşların, qayaların keçmişini oyadacaq, Ordu-ordu qayalıqlar insanlığa qayıdacaq. Bu basılmaz nərlər-ərlər, Bu qaya sərkərdələr Onda məni -- bir balaca daş əsgəri qoyar yəqin qoşulmağa bu cərgəyə, Qayaların keçmişini qayalara yazdım, deyə. Onda Vətən sanar məni Bir balaca Vətən daşı, Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı...

    Cavab yaz
    • Anonim
      SEVİL❤ · 13 İyul 11:5831

      Əlinə sağlıq , bacım

      Cavab yaz
  • Anonim
    Papatya · 13 İyul 09:1541

    Sabahınız xeyir. Allah ordumuza, əsgərlərimizə kömək olsun. Namərd düşmənə lənət olsun. Allah şəhidlərimizin ailəsinə səbr vərsin. Hər birinə rəhmət diləyirəm. (((((((

    Cavab yaz
    • Anonim
      Ebru · 13 İyul 13:4511

      Her vaxtin xeyir Papatiyam..

      Cavab yaz
      • Anonim
        Papatya · 13 İyul 14:2220

        Salam gözəlim.

        Cavab yaz
  • Anonim
    Əsranur · 13 İyul 10:17337

    Qızlar,sabahınız xeyir olsun.Heç də xeyir xəbərli sabah deyil.Dünəndən hamı kimi,mən də yer tapa bilmirəm.Ölən uşaqların yerinə öz övladımı qoyuram.Necə də çətindir o anaların vəziyyətini hələ təsəvvür etmək.Gözəl göyçək,nər kimi oğullarımızı itiririk.Bütün gecəmi erməni səhifələrini eşələməklə keçirmişəm.Gənc ölümünə həmişə yanmışam.Amma,bu gecə,hər dəfə o səhifələrə,bəlkə onlardan da ölən var ümidiylə girmişəm:(((Bəlkə,onda bir az su çilənərdi odumuza.Sosial şəbəkədə cürbəcür reaksiyalar var ki ətim tökülür.Bizim uşağın tabutu gətirilir,bir qadın yazır ki:Allah rəhmət eləsin,qürur hissi keçirirəm..Baxıram profilinə,qarnı dizinə dəyir,keçirdiyi hissə bax.Yazmışam ki-bekarçılıqdırsa,etməyə iş tapmırsansa,jimdən,pressdən elə yavaş-yavaş.Camaatın balasının ölüsüylə qürur duyma.Ya,yekə kişilər var ki,dövlətdən icazə istəyir 2 saatlıq,amma,burdan "Vur"əmri tələb edir.Kənardan baxana döyüş asan gəlir.Allah balalarımızı qorusun,heç bir əsgər anasının üstünə çiyinlərdə gəlməsin.Çünki,bir bala bizlərdən hə

    Cavab yaz
    • Anonim
      Ebru · 13 İyul 13:44132

      Allah hec bir Anaya yasatmasin baci (((Cox agir derdi.Eziyyet cek evlad boyud oda bele ((Yaziq ana nece dozsun ((Allah ermeniye lenet elesin!Ozun necesen?Bacim..

      Cavab yaz
      • Anonim
        Əsranur · 13 İyul 19:26141

        Salam,Ebruşum.Yaxşı idik dünənə qədər.Bu gün hamımız dağılmışıq.Sən,balaların necəsiniz?

        Cavab yaz
  • Anonim
    Əsranur · 13 İyul 10:22151

    Çünki,bir bala bizlərin ömrü bahasına böyüyür.Bir balada bizim milyonlarla arzularımız,nəvələrimiz,onların bizi son mənzilə yola salması ümidimiz var.Heç məmur balası da ölməsin.O da bizim övladımızdır,öz qanımızdır.Amma,bu söhbətin bir sonu olsun.Ya,birdəfəlik kökündən həll olunsun,ya da camaat birdəfəlik barışıb otursun,erməni də gözünə xoş gələn balamızı snayperlə vurmasın.

    Cavab yaz
  • Anonim
    ƏSİ. · 13 İyul 10:58280

    Bu gün gərək Hər anımız Vətən! – desin! Qılıncımız, qalxanımız Vətən! – desin Ölənlərin əvəzinə Qalanımız Vətən! – desin. Vətən! – desin Qəlbimizin hər duyğusu, hər vurğusu Vətən! – desin. Fərqi yoxdur, harda olaq, Zamanımız, məkanımız Vətən! – desin Çox yatdıq, çox mürgülədik, Qoca millət! Mürgülədik: qoşa-qoşa Dağlarımız oğurlandı. Çaylarımız, göllərimiz oğurlandı. Düzlərimiz, çöllərimiz oğurlandı. Oğurlatdıq! İndi saysaq saya sığmaz, Daha nələr, nələr oğurlanıb. Yer üstündə xəzinələr, Yer altında dəfinələr oğurlanıb! Qoca millət, hər andımız, Amanımız, Əgər varsa, Zərrə qədər imanımız, İmanımız Vətən! – desin Hər yaxşımız, yamanımız Vətən! – desin Əli kəsik, dili kəsik Uşaqlar var – hələ dustaq, Körpə dustaq Vətən! – deyir. Bu nə külək, bu nə bulud, Bu nə yağış, bu nə qardı? Didərginlər üzərində susub durdu, Vətən! – dedi, Mürgülüsən, qoca millət: Daha möhkəm, daha ötkəm gəlsin səsin, Vətən! – desin Qoca millət, Bu gün gərək Hər anımız Vətən! – desin.

    Cavab yaz
  • Anonim
    ƏSi:(( · 13 İyul 11:13180

    Ön cəbhədə döyüşən 18 yaşlı şəhidimizin fotolarına baxdıqca ürəyim parçalanır:(((Axı niyə??çəkiləsi dərd deyil.Bağışlanası günah deyil:(((Ürəyi parçalanan o anaya,ürəyi həyəcanla döyünərək şəhid olan körpənə özüm qurban olum:(((((((

    Cavab yaz
    • Anonim
      SEVİL · 13 İyul 13:4251

      ƏSİCAN(((((

      Cavab yaz
    • Anonim
      Ebru · 13 İyul 13:48181

      Hamisi ureyimizi parcaladi Esi xanim.(((Menim de,en cox 18 yasinda olan birde 3 evladi tapuduna sarilmis o,korpeler valdeyini ((Cox aglatdilar ((Allah hec kese yastmasin.Yaziq valdeyinler yetim qalan o,korpeler!Allah gerek goturmeye.

      Cavab yaz
      • Anonim
        ƏSİ. · 13 İyul 15:5391

        Salam,Ebru.Düşmənimizi tanımadıqca,onlara gərəkli cavabı vermədikcə hələ çox sızıldar qalacağıq Ebru:((((

        Cavab yaz
    • Anonim
      Papatya · 13 İyul 14:2101

      "ürəyi həyəcanla döyünərək şəhid olan körpənə özüm qurban olum" ((((ah Əsi (((((((

      Cavab yaz
  • Anonim
    Samire · 13 İyul 12:2410055

    Allah rəhmət eləsin şəhidlərimizə. Nur içundə yatsınlar. Yenə olan kasıba,imkansıza oldu. Orda burda övladını gizlədənlər utansın.

    Cavab yaz
  • Anonim
    Ebru · 13 İyul 13:423216

    Qatill gullesine qurban gederken.Gozunu sabaha dikdi Sehidler.Uc rengli bayragi oz qanlariyla.Veten torpagina cekdi Sehidler ((Allah rehmet elesin butun Sehidlerimize qebrleri nurla dolsun.Ailelerine Allah sebir versin.Yarali Esgerlerimizde sefa dileyirem tez saqalsinlar..Allah ermenin yer uzunen silsin!

    Cavab yaz
  • Anonim
    SEVİL · 13 İyul 13:53151

    Ölüm haqdı, belə də yox.Dünən dörd şəhidlə bərabər ata ana da öldü.Ocaqları söndü, dünyaları pərən pərən oldu..Xəyyamın cəmi 18 yaşı vardı..Nə qədər arzu xəyalları ilə qara torpağın altına getdi..Birinin üç övladı boynubükük qaldı..birinin südəmər körpəsi..O körpə böyüyəcək, amma ürəyində bir ağrı, bir nisgil..atalı dünyanın , ata nəvazişinin nə olduğunu bilmədən.Ürəyi sızlayacaq, göynəyəcək atalı uşaq görəndə.Nə qədər ağrılldı ataslzlıq,..Can bala((((

    Cavab yaz
  • Anonim
    Samire · 13 İyul 14:0021491

    Pafosun yox, sübutun,isbatın yeridir. Danışmağın yox,hərəkətin zamanıdı. Gizlənmək,gizlətmək yox,savaşmağın yeridir. İtkini hamı verməlidir. O zaman alınar torpaqlar. Yoxsa tək tərəf itki verir,kasıbı,imkansızı,mərdi,vətənpərvəri. O kəsimin də danışmağa,yazmağa güçü yoxdur.Danışanı da elə gizlənənlərdi

    Cavab yaz
    • Anonim
      ƏSİ. · 13 İyul 15:511960

      Düz deyirsən,Samirə.Oblovovluq etməkdənsə hərəkət etmək lazımdır.Hamımız bir nəfər kimi yanlarında olmalıyıq.Təkcə sözdə yox,təkcə klaviatura arxasında yox,həqiqi mənada bərabər olmalıyıq.Heç kimin,heç kimə borcu yoxdur,heç kim heç kimə heç nəyi sübut etməyə,izahat verməyə məcbur deyil.Qınamaq,kin qusmaq yerinə dayaq olmalıyıq bir-birimizə.Ən çox da bu məqamda.Əsil günahkarlara yerlərini göstərməliyik.Öz içimizdə bölünmək yerinə,bir millətin üzvləri,bir vətənin övladları olduğumuzu tam da bu məqamda xatırlamalıyıq.İynələrlə,atmacalarla,çirkli qəlblə yanaşmadan bütün ola bilməliyik.Ola bilmiriksə günah elə bizim özümüzdədir.İndi xahiş edirəm hərə öz adına,öz vətəndaşlıq borcunu yerinə gətirsin.Heç kimin ürək yanğısını sorğulamasın.Heç kimin heç kimə söz deməyə haqqı yoxdur yeri gələndə,bunu da birdəfəlik anlasın!!

      Cavab yaz
      • Anonim
        Əsranur · 13 İyul 19:2811

        Razıyam,qızlar.Allah millətimizə kömək olsun.Əsgər ölümünə son.

        Cavab yaz
  • Anonim
    Ebru · 13 İyul 14:381067

    Salamm Meleyimm(********)

    Cavab yaz
    • Anonim
      Melek b · 13 İyul 17:5702

      Ebruş**

      Cavab yaz
    • Anonim
      Əsranur · 13 İyul 19:3074

      Mələk səni çox gözlədi,Ebruş.Yəqin başı qarışıqdır.Vaxt tapan kimi gələr.Mən görmərəmsə,məndən də salamımı çatdır(***)

      Cavab yaz
      • Anonim
        Melek b · 13 İyul 21:4201

        Eskam❤(*****)

        Cavab yaz
  • Anonim
    Melek b · 13 İyul 17:56182

    Hamiya salamlar.olanlar mənidə yaman gunə qoydu.tanudiqimiz zabit şəhid oldu.Rəşad Mahmudov((((bu gun yazmaq istemirdim.Amma mən şəhid vermək yox .sulhun tərəftariyam..amma əmr verilse müharibə olsun.qorxuram şəhid verməkdən.ilk şəhidlərdən biri 18 yasinda da bizdən olub.son şəhiddə.indi bacimin yoldasi pis haldadi.əməliyyat olduqu ucun idi.o da şəhidlərdən biri olacaqdi.Allah şəhidlərimizə rəhmət eləsin(

    Cavab yaz
  • Anonim
    Əsranur · 13 İyul 19:4226118

    Bəzən şəhid ailəsindən kimisə geyiminə,hərəkətinə,yüngül həyat tərzinə görə qınayırıq.Şəhid övladının əxlaqsız olmasını qınayırıq,od püskürürük.Bəs,şəhid ailəsinin o yola düşməməsinə görə nə edirik sualını özümüzə vermişikmi?Bir şəhid övladına,kimin qızı olduğunu hərəkətlərimizlə,baxışımızla,sevgimizlə,ona yanaşmamızla hiss etdirmişikmi?O atasını itirmiş bala hiss edibmi ki bu gün onun atası kimi igidlərin sayəsində evlərimizdə ayağımızı uzadıb oturmuşuq?Bir şəhid öldüyü gün hörmətli olmalı deyil.Sabah o şəhidin ailəsi dolanışıq pulunu dövlətdən dili ilə dilənməli deyil.Əgər bu gün,sosial şəbəkələrdə bir şəhidə "öldü"sözünə görə çoxları,"Niyə şəhid oldu demirsən?"deyə əl qatırsa özünə,onda o şəhidin balasını tox atasız bala kimi böyüdün.Heç olmazsa,atasız da olsa,ayağı yalın,qarnı ac olmasın.Saçı ata sığalsız olsa da,"Şəhid balası"adıyla,hörmətlə böyüsün.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.