Maraqlı

Əldə təsbeh fırlatmaq icazəlidirmi?

14 İyun 2020 22:15
Baxış: 2 642
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qeyd edək ki, təsbehin təyinatı zikrlərin sayını hesablamaqdır. Yəni təsbehdən Allahın gözəl adlarını təkrar edərkən sayları bilmək üçün istifadə edirlər. Müxtəlif din və sivilizasiyalarda, o cümlədən, İslamda təsbeh bu məqsədlə (dua və zikrləri saymaq üçün) işlədilib. Əsəbləri sakitləşdirmək və məşğuliyyət yaratmaq üçün təsbeh çevirmək günah olmasa da, bəyənilmir. Bəzən təsbehdən daha bayağı məqsədlər üçün də istifadə edirlər. Özlərini xuliqan və məhbus həyatı yaşayan insan kimi göstərmək istəyən bəzi şəxslər təsbehi səs-küylə çevirir, əldə oynadır, bununla həm də başqalarının rahatlığını pozur və narahatlıq yaradırlar. Bu hərəkət dinimizdə mənfi dəyərləndirilir və təsbehin məqsədinə uyğun sayılmır. Bəzi insanlar təsbeh çevirməklə barmaqlarındakı duz xəstəliklərini sağaltmaq istədiklərini söyləyirlər; halbuki, bu məqsədlə başqa vasitələrdən (spiner və s.) faydalansalar, daha doğru olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.