Maraqlı

Android 11-in ilk beta versiyası təqdim olundu: Nə kimi yeniliklər var?

6 İyun 2020 08:05
Baxış: 621
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən həftə Google şirkəti istifadəçilərə bildirmişdi ki, Android 11-in ilk beta versiyası gecikəcək. Lakin dünən yeni əməliyyat sisteminin ilk beta versiyası Pixel smartfon seriyasının bəzi modelləri üçün təqdim olundu. Tərtibatçılar təqdim edilmiş ilk beta versiyanı artıq incələyərək onda olan yenilikləri qeyd ediblər. Bu barədə 9to5google saytı xəbər verib. Android 11 beta 1 hal hazırda hətta məhdud sayda Pixel modellərində aktivdir. Pixel 4 XL smarfonu üçün Android 11 beta 1-in həcmi 736 MB təşkil edir.

Beta versiyasının təsvirində "Android R-in beta versiyası" yazısı var. İstifadəçilər güman edirlər ki, yeni əməliyyat sisteminin beta versiyası təsadüfi şəkildə təqdim edilib. Beləliklə Android 11-də olacaq yeniliklərə gəldikdə, ilk növbədə smartfonun yandırıb/söndürmə düyməsini kliklənmiş vəziyyətdə saxlayan zaman ortaya çıxan yeni menyunu qeyd etmək lazımdır. Həmin menyuda Google Pay servisinə qoşulu olan bank kartlarını və ağıllı ev əşyalarını idarə etmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.