Maraqlı

“iOS” yeniləməsi “iPhone” və “iPad” qurğularını sıradan çıxarıb

6 İyun 2020 07:11
Baxış: 710
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"iPhone" və "iPad" qurğularının istifadəçiləri problemlərlə üzləşiblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, əksər "Apple" texnikası sahiblərinin sözlərinə görə, qurğularda nasazlıqlar aktual sistem yeniləmələri quraşdırıldıqdan sonra başlayıb.

Məlumata görə, "iPhone" smartfonları "iOS 13.5" əməliyyat sisteminə yeniləndikdən sonra yaranan əsas problemlərdən biri kimi akkumulyatorların iş vaxtının azalması qeyd olunur. Jurnalistlərin sözlərinə görə, hətta böyük batareya tutumuna malik "iPhone 11 Pro Max" istifadəçiləri də şikayət edirlər. Bir sıra qurğu istifadəçiləri smartfonların qızmasını bildirib. İstifadəçilərin şikayətləri rəsmi "Apple" forumunda və sosial şəbəkələrdə dərc olunub.

Bildirilir ki, bir sıra hallarda "iOS 13.5" sistem yeniləməsi smartfonları sıradan çıxararaq qurğuları fasiləsiz yenidən başlatmaya məcbur edib. Oxşar problemlərlə "iPad" və "iPad Pro" planşetlərini aktual "iPadOS 13.4.1" sisteminə yeniləyən istifadəçilər də üzləşiblər. Jurnalistlər bildirib ki, smartfon və planşetlərdə çoxlu yenidən başlatmalar aparılır. Onların sözlərinə görə, problemi yalnız sistemi yenidən quraşdırmaqla aradan qaldırmaq mümkündür.

Qurğularda cüzi nasazlıqlar kimi yükləmə və "App Store" proqramlarının yeniləməsi ilə bağlı problemlər barədə xəbərdarlıq edən səhvlər, eləcə də "MP4" formatlı videofaylların səhv göstərilməsi qeyd olunur. "Apple" istifadəçilərin şikayətlərinə hələ ki reaksiya verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.