Maraqlı

Pilotsuz sualtı aparatı "Poseydon"un işə salınma tarixi məlum olub

31 May 2020 20:35
Baxış: 820
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Poseydon" sualtı aparatın istismara verilməsi cari ilin payızına planlaşdırılır.

Milli.Az seanews.az-a istinadən bildirir ki, işə salma prosesi nüvə sualtı qayığı - "Belqorod"-un göyərtəsində həyata keçiriləcək.

Çoxfunksiyalı nüvə sualtı qayığı "Belqorod", "Poseydon" aparatını işə salmaq üçün "949A-Antey" layihəsindən "09852" layihəsinə keçirilib.

"Poseydon" tipli aparatların daşıyıcısı olan "Xabarovsk" (098531 layihəsi) nüvə sualtı qayığın işə salınması isə yaxın aylarda planlaşdırılır.

Bu qayığın texniki parametrləri rəsmi olaraq hələlik açıqlanmayıb. Bəzi mənbələrə görə, qayığın suya oturumu 10 min ton, sürət həddi 32 uzel, avtonom rejimdə üzmə bacarığı isə 120 gündür. Qayığın işçi heyəti 100 nəfərə qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.