Maraqlı

ABŞ-da ən böyük kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib

29 May 2020 22:55
Baxış: 992
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-da dünyanın ən böyük kommersiya elektrik təyyarəsi "Cessna Grand Caravan 208B" ilk sınaq uçuşunu uğurla başa vurub.

Milli.Az Trend-ə istinadən bildirir ki, elektrik mühərriki ilə təchiz olunmuş uçucu aparatı eyni adlı təyyarənin modifikasiyasıdır.

Məlumata əsasən, magni500 elektrik mühərriki ilə təchiz edilmiş "eCaravan"ın uğurlu uçuşu bu gün səhər Qrend Kaunti şəhərinin (Nyu-Mexiko ştatı) Beynəlxalq Hava Limanında AeroTec Uçuş Sınaq Mərkəzində keçirilib.

FlniGlobal aviasiya xəbər portalının magniX rəhbəri Roi Qanzarskiyə istinadən verdiyi məlumata görə, elektrikli təyyarə beş sərnişini götürə və 160 km məsafəni əhatə edə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.