Koronavirusla döyüşən həkimlərin dramı: çoxsaylı ölümlər, depressiya, qorxu...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Frans Pres" agentliyi koronavirus pandemiyasının onunla ön cəbhədə savaşan tibb işçilərinin psixologiyasına təsirini araşdırıb. Araşdırmada deyilir ki, İngiltərədə tibb işçisi Stiv iki ay öncə koronavirusa yoluxur, daha sonra həyat yoldaşı da xəstələnir. Onların hər ikisi sağalsa da, xəstəliyi oğlanlarına keçirməyin qorxusu ilə yaşayırlar.
"İşə qayıdandan sonra düz-əməlli yata bilmirdim, qorxurdum ki, virusu yenə evə gətirərəm, yenə xəstələnərəm", - 46 yaşlı Stiv agentliyə danışıb.
Tam qoruyucu geyimdə olan həkimlər, tibb bacıları, orta səviyyəli tibb personalı pandemiyanın əbədi imicinə çevrilib. Agentlik tibb işçilərinin hər gün ağır xəstələr və ölümlə üzləşməsinin özüylə stress və narahatlıq da gətirdiyini yazır. Avropanın peşəkar qurumları və ekspertləri tibb işçilərinə psixoloji təsiri azaltmaq üçün dəstək istəyirlər.

"Travmadan sonrakı stress pozuntusu riski üçün gərəkən bütün inqredyentlərimiz var", - Belçikanın zehni sağlamlıq eksperti Xavier Noel deyib. O, daha çox tibb bacılarının durumunun narahatlıq yaratdığını söyləyib, axı, onlar ağır xəstələrə, ölənlərə daha yaxındırlar.
Avropada koronavirusa iki milyondan çox insan yoluxub, 175 minədək xəstə dünyasını dəyişib. Belçikada aparılan araşdırmalara görə, işini atmaq istəyən səhiyyə işçilərinin sayı həmişəkindən iki dəfə çoxdur. Bədbəxtlik hissinin səviyyəsi isə dörd dəfə artıb. Başqa bir araşdırma tibb peşəkarları arasında alkoqoldan istifadənin artdığını üzə çıxarıb.
Fransa tibb işçilərinə dəstək assosiasiyası böhranla bağlı tibb işçilərindən gündə 70-dən artıq zəng aldığını bildirir. Hər 10 zəngdən yeddisini qadınlar edir. Bəzi zənglər "intihar riskinin qaçılmazlığını" göstərir.

İspaniyada 50 mindən artıq tibb işçisinin COVID-19 testi pozitiv çıxıb. Bu, ölkə üzrə ümumi yoluxmaların 22 faizi deməkdir. Madrid Complutense Universitetinin araşdırmasına görə, tibb işçiləri arasında narahatlıq yetişib, sorğu keçirilən 1200 tibb işçisinin yarıdan çoxunda "depressiv simptomlar" üzə çıxıb. 53 faizdə isə "post-travmatik stresə uyğun" əlamətlər görünüb, tədqiqatda deyilir.
"Çox qorxu yaradan ikinci dalğa baş verərsə, bu qrupa təcili psixoloji müdaxilə gərəkəcək", - hesabatın müəlliflərindən Lourdes Luceno Moreno və Jesus Martin Garsia deyiblər.
Başqa bir araşdırma isə İtaliyanın pandemiyadan ən çox ziyan görmüş regionlarında hər 10 peşəkar tibb işçisindən 7-nin yorulub əldən düşdüyünü üzə çıxarıb. Hər 10-dan 9-u isə psixoloji stresdən əziyyət çəkib. Çoxu deyib ki, tez özlərindən çıxırlar, pis yatırlar, gecə pis yuxular görürlər, emosional durumları tez-tez pisləşir.

Ölü sayına görə ABŞ-dan sonra ikinci olan Britaniyada Laura Hyde Fondu gözlənən böhranla bağlı xəbərdarlıq edir. Bu fond 2016-cı ildə intihar etmiş tibb bacısının adını daşıyır. Qurum tibb bacılarından, həkimlərdən, orta personaldan xeyli zənglər aldığını bildirir. Fond ötən həftə "Zehni Sağlamlığın Maskası Yoxdur" adlı kampaniya başladıb, məqsəd pandemiyanın psixoloji təsiri haqda maarifləndirməni gücləndirmək, dəstək verməkdir.
Agentlik yazır ki, tibb işçilərinin dünyanın hər yerində "qəhrəman" adlandırılması da bəzən onları daha böyük təzyiqə məruz qoyur. Virtualaz.org
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
XƏBƏR LENTİ
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Yasamal və Babəkdə işıq olmayacaq - Yenilənib
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)
-
“Bizdəki təzyiqin heç yarısı onlarda yoxdur” - Ayxan Abbasov
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılıb - Yenilənib
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)





