Maraqlı

Koronavirusun ağır formada keçməsinin sirri tapıldı

27 May 2020 18:09
Baxış: 1 787
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyanın Ekseter və ABŞ-ın Konnektikut Universitetinin alimləri COVID-19-un ağır formasına yoluxma riski yaradan geni müəyyən ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, elm adamları bu barədə "Journal of the American Medical Association" nəşrində məqalə dərc ediblər.

Məlum olub ki, Altsheymer xəstəliyini də meydana gətirən APOE (apolipoprotein E) zülalının iki qüsurlu nüsxəsi olan insanlarda koronavirus fəsadları riski iki dəfə artıqdır.

Əvvəllər alimlər demensiya sindromu (ağılın zəifləməsi) olanlarda COVID-19-un ağır formasına üç dəfə daha çox rast gəlindiyini müəyyən etmişdilər. Ancaq bu, qocalar evlərində virusun yüksək sürətlə yayılması ilə izah edilirdi.

Lakin yüz minlərlə insanın sağlamlığı və genetikası ilə bağlı məlumatların təhlilindən sonra  APOE e4e4 genotipinin bu məsələdə vacib rolu sübut olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.