Maraqlı

Trump-ın Tvitter paylaşımlarının kim tərəfindən yazıldığı məlum oldu

28 May 2020 19:45
Baxış: 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trump Tvitter sosial şəbəkəsində onun yerinə tvitlərin kim tərəfindən paylaşılmasından danışıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri "Full Measure" teleproqramının efirində bildirib.

Vaşinqton administrasiyasının rəhbəri, həmçinin paylaşımlarının hansı rejimdə edilməsindən də bəhs edib.

Ağ Ev başçısının sözlərinə görə, səhər və gecə vaxtı evdə qısa qeydləri və ya bəyanatı o özü yazır. İşin tam sürətlə getdiyi gündüz saatlarında fikirlərini köməkçilərinə diktə edir ki, onlar statusu mikrobloqa çıxarsınlar.

"Mənim Den adlı bir centlmenim var, o, çox gözəl işləyir", - ABŞ prezidenti bildirib.

Qeyd edilir ki, həmin şəxs Prezident Administrasiyasının Sosial şəbəkələr üzrə direktoru Dene Skavinodur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.