Maraqlı

Virusun ikinci dalğasından qorunmaq üçün evdə, dükanda və nəqliyyatda bunları edin

30 May 2020 21:55
0 Şərh     Baxış: 1 739
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son həftələr ərzində Azərbaycanda aparılan bütün elmi-statistik təhlillər göstərirdi ki, bizi Covid-19-un ikinci dalğası gözləyir.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir.

Məlumatda qeyd olunub ki, Azərbaycan səhiyyəsinin buna tam hazır olduğuna baxmayaraq, hər bir vətəndaş yoluxmadan qorunmağını özü düşünməlidi: "Bu baxımdan şəxsi gigiyena profilaktikanın əsas amillərindən biridir. Əllərinizi tez-tez yumaq, evinizi təmiz saxlamaq və paltarları tez-tez yumaq kimi sadə qaydalara riayət etməklə Siz özünüzü, yaxınlarınızı və ərtafdakı insanları yoluxma təhlükəsindən azad etmiş olursunuz.

Bundan başqa, dükan və ictimai nəqliyyatda da antibakterial vasitələrindən istifadə koronavirusun yayılmasının qarşısını ala bilər.

Gəlin, birlikdə karantin rejimindən sağlam çıxaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.