Maraqlı

Windows 10-un 32 bitlik versiyasının sonu çatır

21 May 2020 23:15
0 Şərh     Baxış: 1 201
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Microsoft" korporasiyası "Windows 10" əməliyyat sisteminin 32 bitlik versiyasından imtina edir. "Windows 10" sisteminin 2004 versiyasının buraxılışından başlayaraq, şirkət daha 32 bitlik versiya təklif etməyəcək.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu dəyişiklik artıq əməliyyat sisteminin 32 bitlik versiyası quraşdırılmış mövcud kompüterlərə təsir etməyəcək. Bundan başqa, "Microsoft"un rəsmisi bildirib ki, şirkət hələ başqa kanallar vasitəsilə 32 bitlik quraşdırmaları təklif etmək niyyətindədir.

Yeni fərdi kompüterlərdə 32 bitlik versiyadan imtina son istehlakçılara elə ciddi təsir etməyəcək. Müasir prosessorlar 64 bitlikdir, 32 bitlik çiplərə və kompüterlərə tələbat, demək olar, mövcud deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.