"Facebook"un qurucusu və rəhbəri Mark Zukerberq dünya ölkələrinin rəhbərlərini internetin inkişafının "Çin nümunəsi"nə (hakimiyyət istifadəçilər üçün bütün məzmunu tənzimləyir) imkan verməməyə çağırıb.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu barədə "Politico" nəşri yazıb.
"Bu, həqiqətən təhlükəlidir. Mən narahatam ki, bu model digər ölkələrə də yayılacaq", - deyə M.Zukerberq bildirib.
Onun sözlərinə görə, hakimiyyət üçün internetə total müdaxilədən ən yaxşı müdafiə demokratik ölkələrdə mövcud olan "dəqiq normativ baza"dır.
Xatırladaq ki, Çin hakimiyyəti 2003-cü ildən etibarən internet-məzmunun filtirasiyası üçün "Qızıl qalxan" adlı xüsusi sistemdən istifadə edir. İstənilən internet səhifəsi dövlət təhlükəsizliyi ilə bağlı açar sözlər üzrə filtrdən keçir.
Milli.Az