Oruc tutmağın alıcısı Uca Allahın Özüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur: Adəm övladının gördüyü hər bir iş onun özündəndir, məgər oruc ki, Məndəndir. Onun savabını da Mən verərəm". Yəni, oruc tutmağın alıcısı Uca Allahın Özüdür.
Hər kim bu hədisi dərk edər, orucun şirinliyini də başa düşmüş olar. Xüsusilə də isti günlərdə tutulan orucun savabları daha çoxdur.
İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: "Ramazan ayının orucunu Allah bizdən əvvəl heç bir keçmiş ümmətlərə vacib etməmişdir. Sual verirlər ki, bəs "Bəqərə" 183-cü ayəsi nə olacaqdır? Həzrət (ə) buyurur: "Allah Ramazan ayının orucunu ancaq peyğəmbərlərə vacib etmişdir, nəinki ümmətlərə. Ancaq onun vasitəsilə bu ümməti (keçmiş ümmətlərdən) fəzilətli etmişdir. Onun orucunu Peyğəmbərə (s) və ümmətinə vacib etmişdir".
İmam Səccad (ə) Ramazan ayı ilə vidalaşan zaman buyurur: "Sonra bu ayın vasitəsilə bizi başqa ümmətlərdən üstün etmişdir və onun iftixarını bizə nəsib etmişdir. Ona görə də Sənin əmrinlə onun günlərində oruc tutduq və Sənin yardımınla gecəni ibadətlə keçirtdik".
Bəli, oruc həm də sağlamlıq deməkdir. Necə ki, Peyğəmbər (s) buyurur: "Oruc tutun ki, sağlam qalasınız". İmam Əli (ə) buyurur: "Oruc sağlamlığın yarısıdır". İmam Baqir (ə) buyurur: "Oruc, həcc qəlblərə aramlıq bəxş edər".
Həzrət Peyğəmbər (s) buyurur: "Oruc tutan baxmayaraq ki, öz yatağında yatsa belə, o zamana qədər ki, müsəlmanın qeybətini etməz - Allaha ibadət halında olar".
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: "Oruc tutanın cavabı - ibadətdir, nəfəs almağı - təsbihdir".
Həzrət Peyğəmbər (s) buyurur: "Elə bir oruc tutan yoxdur ki, yemək yeyən dəstəyə daxil olsun, məgər o halda ki, bədəni təsbih edər və mələklər ona salavat göndərər. Mələklərin salavatı - bağışlanma istəməkdir".
Rəhmət Peyğəmbəri (s) başqa yerdə buyurur: "Hər kimi orucu həvəs etdiyi yeməkdən saxlayar, Allahın üzərindədir ki, onu behişt yeməkləri ilə tox etsin. Behişt içəcəyindən ona içizdirsin".
İmam Əli (ə) buyurur: "Oruc tutanın cavabı ibadətdir, susmağı təsbihdir, duası qəbul olar, əməli ikiqat olar. Həqiqətən oruc tutan üçün iftar zamanı elə bir dua vardır ki, Allah dərgahında rədd olunmaz".
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim könüllü olaraq oruc tutar, əgər yer qədər ona qızıl verilsə, əcrini kamil almış olmaz. Ancaq hesab günündə əcrini kamil alar".
Bəs oruc tutanın mirası nədir?
Həzrət Peyğəmbər (s) bu sualı meracda olan zaman Allah Təalaya verir və Uca Allah buyurur: "Oruc, hikməti irs aparar, hikmət isə mərifəti, mərifət isə yəqinliyi. Bəndə əgər yəqinliyə çatarsa, artıq onun üçün gecə və gündüzünü necə keçirtdiyinin əhəmiyyəti olmaz - istər çətinlikdə olsun, istərsə də asanlıqda".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
XƏBƏR LENTİ
-
"Heç bir estetik və botoksum yoxdur" - (Video)
-
27 Sentyabr: Sükutun Bitişi, Zəfərin Vədi
-
Övladınız 11-17 yaşındadır? - Dələduzlar məhz onları hədəf seçirlər
-
Hindistanlı iş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi - (Foto)
-
Avropa ölkəsində xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı saxlayın
-
Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər - (Foto)
-
Sabah 31 dərəcə isti olacaq
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
-
Maşın təmiri sexində divara vurulan elanlar gülüş doğurdu - (Video)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb
-
Azərbaycanda pensiya yaşı ilə bağlı yeni qayda
-
Keçmiş repçi, indiki baş nazir: BMT-də görünüşü ilə müzakirə yaratdı - (Foto)
-
Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anıldı - Yenilənib - (Foto-Video)
-
"Qalatasaray"ın keçmiş futbolçusu 33 yaşında karyerasını bitirdi
-
Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - İddia
-
Azərbaycanda zəlzələ oldu
-
Əcdadlarımız belə olub - Alimlər təsvir etdilər
-
Türkiyə XİN: Qarabağ uğrunda şəhid olan azərbaycanlıları hörmət və rəhmətlə anırıq
-
Arda Gülər su istədi, görün, azarkeşlər nə etdilər - (Video)
-
27 Sentyabr – Anım Günü ilə əlaqədar Zəfər Parkına ziyarət başlayıb (Foto)
-
ABŞ-dən qayıdan Pezeşkiandan ilk açıqlama
-
Ordumuz Azərbaycanın hərb tarixinin ən şərəfli səhifəsini yaratdı - Kamaləddin Qafarov
-
3 BÜRCƏ payızda çoxlu pul gələcək
-
Mbappe ilə bağlı pis xəbər





