Maraqlı

“Facebook” şirkəti “Messenger Rooms” videozəng xidmətini istifadəyə verib

16 May 2020 08:55
0 Şərh     Baxış: 739
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Facebook" sosial şəbəkəsində "Messenger Rooms" videozəng xidməti ABŞ və Kanadada rəsmi olaraq öz işinə başlayıb. Sözügedən mobil tətbiqetmə gələn həftə bütün dünyada əlçatan olacaq. Bu haqda şirkətin direktoru Mark Zukerberq sosial şəbəkədəki səhifəsində məlumat verib.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, bu xidmət koronavirus pandemiyasına görə videozənglərə olan tələbatın artması ilə əlaqədar yaradılıb. "Facebook" və ya "Messenger" proqramları vasitəsilə belə konfranslar yaratmaq mümkün olacaq.

"Siz ayrıca otaq (Room) yarada və link vasitəsilə bir neçə dostunuzu dəvət edə və ya qruplarınızdan biri, həmçinin planlaşdırdığınız tədbir üçün otaq yarada bilərsiniz" - Zukerberq yazıb.

"Messenger Rooms" xidmətində vaxt üzrə məhdudiyyət yoxdur, bir otağa 50-dək insan əlavə etmək mümkündür. Tezliklə qrup zəngləri "WhatsApp" və "Instagram" xidmətlərində əlçatan olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.